İDMAN


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu il idmanın müxtəlif növləri üzrə 18 qızıl medal qazanıblar

Bakı, 10 noyabr, AZƏRTAC 

Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınmasında daxili işlər orqanları əməkdaşlarının da xüsusi payı var. Əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançı polis əməkdaşları bu dəfə də ənənələrinə sadiq qalıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində pauerliftinq-benç press növü üzrə keçirilən dünya çempionatında qalib gələn Baş Dövlət Yol Polisi İdarəsinin, Yol Patrul Xidməti Alayının xüsusi tağımının əməkdaşı, polis leytenantı Famil Məhərrəmov və komanda yoldaşları ötən gecə Vətənə qayıdıblar. Onların qarşılanma mərasimində Baş İdarənin əməkdaşları və digər məsul şəxslər iştirak ediblər.

Yol polisi zabiti pauerliftinq-benç press növü üzrə yarışda birinci yeri tutub. Bundan başqa, həmin idman növü üzrə Azərbaycan yığma komandasının daha dörd üzvü yarışlarda qızıl medala layiq görülüblər.

Qarşılanma mərasimində çıxış edən Baş İdarənin əməkdaşları bu uğurların ölkəmizdə idmanın inkişafına yüksək dövlət qayğısının və mükəmməl maddi-texniki bazanın yaradılmasının nəticəsi olduğunu vurğulayıblar.

Qeyd edək ki, bu, son iki ayda Baş İdarənin əməkdaşlarının idman müxtəlif növlərində qazandıqları üçüncü qızıl medaldır. Cari ildə Yol Patrul Xidmətinin əməkdaşları idmanın ayrı-ayrı növləri üzrə ümumiyyətlə 18 qızıl medal əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.