SİYASƏT


Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir

Bakı, 9 aprel, AZƏRTAC

Hökumət dünya iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda izləyir və qabaqlayıcı rejimdə tədbirlər həyata keçirir. Koronavirus pandemiyası, aşağı neft qiymətləri və sosial təcriddən irəli gələn aşağı tələbin digər ölkələrdə olduğu kimi milli iqtisadiyyatımız üçün təsirlər yaradacağı istisna edilmir. Lakin, Hökumət ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və bu alətlərdən çevik istifadə olunacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

Baş Nazir deyib: “Prezident İlham Əliyev 2020-ci il 19 mart tarixli Sərəncamı ilə koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb, həmçinin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri və Mərkəzi Bank sədrinin rəhbərliyi ilə dörd işçi qrup yaradılıb və hazırda vahid tədbirlər planı hazırlanıb və təsdiq olunub. Təsdiq olunmuş vahid Tədbirlər Planı Hökumət tərəfindən vaxtında və tam həcmdə icra olunacaq”.

Əli Əsədov bildirib ki, Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Karantin rejiminin tətbiq olunması, məhdudlaşdırıcı tədbirlərin görülməsi – bütün görülən işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür – biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq və vətəndaşlarımızı qorumalıyıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.