CƏMİYYƏT


Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkil etdiyi növbəti tədbirdə aktual mövzulara həsr olunan məruzələr dinlənilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən tədris tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Zoom” proqramı vasitəsilə onlayn şəkildə keçirilmiş növbəti - üçüncü tədbirdə müvafiq sahələr üzrə zəngin təcrübəsi olan mühazirəçilərin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında cinayət işlərinin baxılmasına xitam verilməklə prokurora qaytarılmasına səbəb olan səciyyəvi kobud pozuntular” və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” mövzularında məruzələri dinlənilib, mövzular ətrafında geniş müzakirələr aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

Tədbirdə, həmçinin milli qanunvericiliyə edilmiş mühüm əlavə və dəyişikliklər, qüvvəyə minmiş yeni qanunlar, fərmanlar və sərəncamlar, habelə Konstitusiya və Ali Məhkəmə Plenumunun qərarları barədə dinləyicilərə ətraflı məlumatlar verilib.

Sonda maraq doğuran digər suallar mühazirəçilər tərəfindən cavablandırılıb, eləcə də dinləyicilər arasında faydalı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Elm-Tədris Mərkəzi tərəfindən silsilə xarakter daşıyan tədris tədbirləri avqustun 13-dən başlayaraq keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.