CƏMİYYƏT


Baş Prokurorluğun “Instagram”dakı səhifəsində keçirilən növbəti sual-cavab sessiyasında 119 müraciət daxil olub

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun “Instagram”dakı səhifəsində prokurorluqla bağlı növbəti sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, müraciətləri qeydə alınıb.

Sessiya müddətində 119 müraciət daxil olub. Müraciətlər dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılıb.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.