CƏMİYYƏT
Baş Prokurorluğun #heç bilirdinizmi həştəqi altında təqdim etdiyi videoçarxda etibarnamə ilə bağlı suallar cavablandırılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət sahələri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən maarifləndirici videoçarxlar vasitəsilə #heçbilirdinizmi? həştəqi altında cavablandırılması işi davam etdirilir.
İctimaiyyətə təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidməti tərəfindən “Heç bilirdinizmi etibarnamə nədir?” mövzusu ilə bağlı mülki qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.
Videoizahı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından izləmək mümkündür.