CƏMİYYƏT


Baş Prokurorluğun idarə rəisi digər ölkələrin qiymətləndirilməsində iştirak edib

Bakı, 7 dekabr, AZƏRTAC

Ötən həftə Fransanın Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu – GRECO-nun hibrid rejimdə – distant və əyani şəkildə 89-cu plenar iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev beynəlxalq antikorrupsiya mütəxəssisi qismində Litva və Moldovanın qiymətləndirilməsini həyata keçirib. Belə ki, E.Musayev İsveç, İspaniya və Latviyadan olan mütəxəssislərlə birgə Litvada “Mərkəzi icra hakimiyyəti və hüquq-mühafizə orqanlarında korrupsiyanın qarşısının alınması” sahəsində qiymətləndirməni həyata keçirərək Litva Polisi və Sərhəd Xidmətinə dair tövsiyələr hazırlayıb. Şəffaflığın artırılması, etik davranışın gücləndirilməsi, maraqlar toqquşmasının aradan qaldırılması sahəsində real tədbirlərin həyata keçirilməsi, qanun pozuntularına görə intizam və məsuliyyətin tətbiq edilməsinə dair ölkə üzrə vahid təcrübənin formalaşdırılması, polis əməkdaşlarının bu sahədə təlimləndirilməsi və istiqamətləndirilməsi üçün lazımi infrastrukturun təşkil edilməsi, o cümlədən mütəmadi şəkildə hazırlıq kurslarının keçirilməsinə dair tövsiyələri əks etdirən hesabat layihəsi plenar iclasda qəbul olunub.

Eyni zamanda, E.Musayev “Deputatlar, hakimlər və hakimlərin fəaliyyətində korrupsiyanın qarşısının alınması” sahəsində portuqaliyalı ekspertlə yanaşı, əvvəlki dəyərləndirmə mərhələsində verilmiş tövsiyələrin icrası ilə əlaqədar görülmüş işləri qiymətləndirib. Moldovanın hakim korpusuna etimadın gücləndirilməsi, Moldovanın Məhkəmə-Hüquq Şurasının tərkibi, moldovalı hakim və prokurorlarının fəaliyyətinin qiymətləndirilməsi, şəffaflığın artırılması sahəsində görülən praktiki tədbirlərin həyata keçirilməsində müəyyən işlərin görülməsi qeyd olunub, bu istiqamətdə fəaliyyətin davam etdirilməsi vurğulanıb. Azərbaycanlı mütəxəssisin hazırladığı hesabat da plenar iclasda qəbul edilib.

GRECO-nun növbəti iclasının gələn ilin martında keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.