CƏMİYYƏT


Baş Prokurorluğun instaqramdakı səhifəsində növbəti sual-cavab sessiyası keçiriləcək

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar sessiyada iştirak edərək prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı maraqlandıqları mövzularda suallarla müraciət edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının prokurorluq orqanları müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun və aşkarlığın təmin edilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı suallar mütəmadi qaydada cavablandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.