CƏMİYYƏT


Baş Prokurorluğun mətbuat xidməti #sözvətəndaşda həştəqi ilə növbəti videoçarx təqdim edib VİDEO

Bakı, 21 aprel, AZƏRTAC

Baş Prokurorluğun mətbuat xidməti ictimaiyyətə #sözvətəndaşda həştəqi altında növbəti videoçarx təqdim edib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə daim prokurorluq orqanları tərəfindən müraciətlərin müsbət həlli, habelə pozulmuş vətəndaş hüquq və azadlıqlarının bərpası istiqamətində kompleks tədbirlər görülür.

Sirr deyil ki, Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar məmnunluqlarını ifadə edir, sosial şəbəkələrdə çoxsaylı videomüraciətlər ünvanlayırlar.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən qeyd olunanlarla bağlı #sözvətəndaşda həştəqi altında videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Növbəti videoçarxda isə Qazax Rayon Prokurorluğuna müraciət edərək, şikayəti üzrə prokurorluq orqanlarında görülmüş işlərdən razılığını bildirən Qazax şəhər sakini Qurbanov Əhməd Həsən oğlunun videomüraciətini izləmək mümkündür.

Baş Prokurorluq əminliklə bildirir ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.