CƏMİYYƏT


Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 25-26-da videokonfrans formatında BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin Mərkəzi Asiya və Şimali Qafqaz Şəbəkəsinin (CASC) növbəti plenar görüşü keçirilib. CASC şəbəkəsinin plenar iclasları ona üzv olan dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqə kanallarının yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlib.

Azərbaycan Respublikası Baş Prokurorluğunu görüşdə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini İsmayıl Qayıbov təmsil ediblər.

Plenar görüşün əsas məqsədi cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrin genişlənməsi olub. Tədbirdə mütəşəkkil cinayətkarlıq, o cümlədən insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və əmlakın bərpası məsələlərində təcrübə mübadiləsi aparılıb, həmçinin Mərkəzi Asiya və Şimali Qafqaz Şəbəkəsinin 2021-ci il üçün iş planı müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.