CƏMİYYƏT


Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

Bakı, 2 avqust, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq orqanları nümayəndələrinin iştirakı ilə “Yealink” onlayn platforması vasitəsilə videokonfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videokonfrans Rusiya Federasiyası Baş Prokurorluğunun təşkilatçılığı ilə reallaşıb. Prokurorların peşə hazırlığı və ixtisaslarının artırılması üzrə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş videokonfransa Rusiya Federasiyası Prokurorluğu Universitetinin prorektoru, fəxri işçi Tofiq Aşurbəyov sədrlik edib.

Tədbirin əsas məqsədi prokurorların peşə hazırlığının həyata keçirilməsi ilə bağlı tədris müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində müsbət təcrübənin müzakirəsi olub.

Sözügedən tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin prokurorları Nigar Əskərova və Rauf Abdullayev təmsil ediblər.

Videokonfrans zamanı təmsilçimiz tərəfindən Azərbaycan Respublikasında insan alveri ilə mübarizə sahəsində mövcud olan qanunvericilik və bu sahədə prokurorluqda keçirilən təlim tədbirləri barəsində dinləyicilərə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin Türkiyə, Çin, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan və Monqolustan nümayəndələri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.