CƏMİYYƏT


Baş Prokurorluğun nümayəndəsi Strasburqda iclasda iştirak edib

Bakı, 31 mart, AZƏRTAC

Martın 30-31-də Strasburqda Avropa Şurasının nifrət cinayətləri üzrə ekspert komitəsinin 3-cü iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirdə ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov prokurorluq orqanlarında aparılan islahatlar çərçivəsində nifrət zəminində baş verən cinayətlərə, həmçinin məişət zorakılığı, qadınlara, azyaşlılara və cinsi azlıqlara qarşı şiddət və zorakılıqla mübarizə sahəsində görülən qanunvericilik və praktiki tədbirlər haqda danışıb.

Müzakirələr nəticəsində komitə tərəfindən Şuranın Nazirlər Komitəsinə nifrət cinayətlərinə qarşı mübarizəyə dair tövsiyə və təlimat layihəsi hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.