CƏMİYYƏT
Baş Prokurorluğun #prokurorluqdanizah həştəqi ilə təqdim etdiyi növbəti videoçarxda vətəndaşları maraqlandıran suallar cavablandırılıb
Bakı, 23 iyul, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.
Növbəti videoçarxda Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı “Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?”, “14 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi?” suallarını cavablandırıb.
Videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.