CƏMİYYƏT
Baş Prokurorluğun təqdim etdiyi növbəti videoçarxda başa çatmış və başa çatmayan cinayət mövzusunda məlumat verilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.
Bu həştəq altında təqdim olunan növbəti videoçarxda “Heç bilirdinizmi başa çatmış və başa çatmayan cinayət nədir?” mövzusu ilə bağlı Cinayət Məcəlləsinin tələbləri vətəndaşlarımıza izah edilmişdir.
Videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.