CƏMİYYƏT


Baş Prokurorluq: 1 Saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 7 iyun, AZƏRTAC

1 saylı Şəhər Dəri-zöhrəvi Dispanserinin baş həkimi Rəşad İsmayılovun qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında aparılmış araşdırma üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Rəşad İsmayılovun həmin vəzifədə işləyərkən iş üçün ona müraciət etmiş şəxsə özünün yaxın vaxtlarda guya Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin olunduqdan sonra onu müvafiq tibb müəssisəsinə baş həkim vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verərək həmin vətəndaşın ümumilikdə 280 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və vətəndaşı bilə-bilə qanunsuz hərəkətlərə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad İsmayılova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.