CƏMİYYƏT


Baş Prokurorluq: Birinci və İkinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 32 şəhid məzarında ekshumasiya işləri aparılır

Bakı, 3 avqust, AZƏRTAC

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizanın aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 2021-ci il 3 iyun tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilib və tibbi-genetik tədqiqat üçün müvafiq nümunələr götürülüb.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, naməlum məzarlar Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aiddir.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.