Baş Prokurorluq: Cari ilin birinci yarısında 27 nəfər cinayət başında yaxalanıb
AzerTAg.az
Bakı, 8 sentyabr, AZƏRTAC
Bu ilin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumlarının vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 27 nəfər cinayət başında yaxalanıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrinin izlənilməsi tövsiyə edilir.

Xəbərin mətnində orfoqrafik səhv var