CƏMİYYƏT


Baş Prokurorluq: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər nəticəsində həlak olanların sayı 98-ə çatıb

Bakı, 30 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Baş Prokurorluğu sentyabrın 27-dən noyabrın 30-dək olan müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin yeni statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın təcavüzü nəticəsində ümumilikdə 98 nəfər həlak olub, 414 nəfər xəsarət alıb. Belə ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 93 nəfər həlak olub, 410 nəfər yaralanıb. Minaya düşərək həlak olan dinc sakinlərin sayı 5-ə, xəsarət alanların sayı isə 4-ə çatıb.

Xatırladaq ki, noyabrın 28-də saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişinin qadağan edildiyi təhlükəli ərazidə “Toyota” markalı avtomobilin tank əleyhinə iki minaya düşməsi nəticəsində 4 nəfər - Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı hadisə yerində həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.