SİYASƏT


Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi cinayət əməlləri barədə maarifləndirici videoçarxlar hazırlayıb

Bakı, 2 noyabr, AZƏRTAC

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Azərbaycanın qədim tarix və mədəniyyət mərkəzlərindən biri olan Bərdədə 27 nəfər həlak olub, 105 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzlərindən biri olan qədim Bərdə şəhərinə raket zərbələri endirməklə bir daha özünün təcavüzkar və işğalçı mahiyyətini nümayiş etdirib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin Bərdədə törətdiyi cinayət əməlləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində növbəti dəfə maarifləndirici videoçarxlar hazırlanıb.

Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcək.

https://www.youtube.com/watch?v=v0ZwL0fQT0Y

https://www.youtube.com/watch?v=mr1EeDcFJh8

https://www.youtube.com/watch?v=vNwin9vKuMg

https://www.youtube.com/watch?v=FdfKMg8e3eU

https://www.youtube.com/watch?v=KqUSL9MRH7U

https://www.youtube.com/watch?v=HH9G-ccEIMs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.