SİYASƏT


Baş Prokurorluq Gəncədə ölən və yaralananlarla bağlı məlumat verib

Bakı, 17 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, erməni silahlı qüvvələri tərəfindən oktyabrın 17-də gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələri raket atəşinə tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin məlumatlara görə 2-si azyaşlı olmaqla 5 nəfər həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.