CƏMİYYƏT


Baş Prokurorluq: İki il əvvəl törədilən qətl hadisəsinin üstü açılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biri də ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq olunaraq açılmasını təmin etməkdir. İki il əvvəl törədilən və bağlı qalmış cinayətin üstü Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2020-ci il sentyabrın 4-də saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndi ərazisində 1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Lakin cinayəti törətmiş şəxsin müəyyənləşdirilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 2020-ci il sentyabrın 4-də Aidə Şəmmədovanın yaşadığı evə tamah niyyəti ilə daxil olaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Şəhriyar Tapdıqov yanvarın 29-da şübhəli şəxs qismində tutulub. O, istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və cinayətin alətini təqdim edib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq tədbirləri həyata keçirilir.

Bağlı qalmış işlərin açılması istiqamətində Baş Prokurorluq tərəfindən fəaliyyət davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.