CƏMİYYƏT


Baş Prokurorluq: Özünü yandıraraq öldürən şəxslə bağlı araşdırma aparılır

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir nəfərin özünü yandıraraq öldürməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 19-da saat 20 radələrində 1959-cu il təvəllüdlü Nadir Həşimovun özünü məftil ilə ağaca bərkidib yandıraraq öldürməsi ilə bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı Nadir Həşimovun meyiti xarici və daxili müayinə edilib. Meyitin üzərində yanıq xəsarətlərindən başqa hər hansı kənar xəsarət aşkar olunmayıb.

Hazırda araşdırma davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.