CƏMİYYƏT


Baş Prokurorluq: Qida Təhlükəsizliyi Agentliyindən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmayıb

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran regional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barələrində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində guya araşdırmaların aparılması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində məlumatlar dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin informasiyalar həqiqəti əks etdirmədiyindən təkzib edilir. Eyni zamanda bildirilib ki, adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmayıb və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.