CƏMİYYƏT


Baş Prokurorluq: Saray bələdiyyəsinin sədri və daha bir neçə vəzifəli şəxs həbs olunub

Bakı, 1 avqust, AZƏRTAC

Əvvəl məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Abşeron rayonu Saray bələdiyyəsinin sədrinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına dair mediadan daxil olmuş sorğulara cavab olaraq AZƏRTAC-a bildirilib ki, istintaqın hazırkı mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.