CƏMİYYƏT


Baş Prokurorluq “Turan” informasiya agentliyində yoxlamaların aparılmasına dair xəbərlərə münasibət bildirib

Bakı, 19 sentyabr, AZƏRTAC

“Turan” informasiya agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. “Turan” informasiya agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.