CƏMİYYƏT


Baş Prokurorluq: Vətəndaş Pərviz İsaqovun anasının üzərinə ağac düşməsi ilə bağlı prokurorluqda araşdırma aparılır

Bakı, 23 noyabr, AZƏRTAC

Baş Prokurorluq vətəndaşın üzərinə ağac düşməsi ilə bağlı prokurorluqda aparılan araşdırma ilə bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuatın sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: “Vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın noyabrın 10-da Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanının yaxınlığında olarkən ağacın küləyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.