CƏMİYYƏT


Baş Prokurorluq: Vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluq: Vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 24 yanvar, AZƏRTAC

Bəzi sosial şəbəkə və media səhifələrində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Neftçala Rayon Prokurorluğunun keçirdikləri birgə əməliyyat nəticəsində Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin saxlanılması barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan faktla bağlı 2022-ci il oktyabrın 21-də Neftçala Rayon Prokurorluğu tərəfindən rayon bələdiyyəsində baş vermiş qanunsuzluqlara dair cinayət işinin başlanması barədə məlumat yayılıb

(https://genprosecutor.gov.az/az/post/5746).

Bildiririk ki, Cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev bu il yanvarın 23-də Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4-cü (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən rəsmi mənbədən dəqiqləşdirməyə və qərəzsiz olmağa çağırır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.