CƏMİYYƏT


Baş Prokurorluq: Yaşlı qadının tövlədə iplə taxtaya bağlanılması ilə bağlı cinayət işi başlanıb

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Gədəbəy rayonunun Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə videogörüntüsünün yayılmasına münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin görüntülərlə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində ilkin yoxlama aparılıb və toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir himayəsində yaşayan, ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum edib.

İyunun 3-də fakta görə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.