CƏMİYYƏT
Baş Prokurorluq azyaşlı Nərmin Quliyevanın qətli ilə bağlı cinayət işi üzrə yayılan əsassız xəbərlərə münasibət bildirib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Baş Prokurorluğu qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan əsassız məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda qeyd olunub ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib. Odur ki, iş materiallarında hər hansı ziddiyyətli hal mövcud deyil.
Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrinin və sosial media nümayəndələrinə bir daha müraciət edərək bildirib ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yolverilməzdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]