CƏMİYYƏT


Baş Prokurorluq bəzi sosial şəbəkə və media səhifələrində yayılmış məlumatlarla bağlı təkzib yayıb

Bakı, 28 iyul, AZƏRTAC

Bəzi sosial şəbəkə və media səhifələrində “Avto-Garant” ASC-nin təsisçisi Nazim Bəydəmirli və ASC-nin idarə heyətinin sədri Elmar Musayevin 2014-cü ildə “Avto-Garant” ASC-nin mülkiyyətçisi Ədalət Bağırov və qeyriləri tərəfindən E.Musayevin qanunsuz olaraq vəzifədən kənarlaşdırılması, pul vəsaitlərinin dövlət büdcəsindən yayındırılması və xəzinəyə mədaxil edilməməsi barədə müraciətləri üzrə Xətai Rayon Prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması və əsassız qərar qəbul olunması ilə bağlı ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən məlumatlar yayılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Bununla əlaqədar Xətai Rayon Prokurorluğunda araşdırma aparılmaqla müəyyənləşdirilib ki, tərəflər arasında müxtəlif vaxtlarda göstərilən xüsusatlar üzrə mübahisələrə mülki mühakimə qaydasında qarşılıqlı iddia tələblərinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılaraq müvafiq qərarlar qəbul edilib, həmçinin göstərilən məsələlərlə bağlı məhkəmə baxışları zamanı hər hansı cinayət xarakterli məlumatlar araşdırılması üçün prokurorluq orqanlarına göndərilməyib.

Araşdırma zamanı qeyd edilən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiyallığı nəzərə alınaraq və müraciətdə göstərilən digər xüsusatlar öz təsdiqini tapmadığına görə Bakı şəhəri Xətai rayon polis idarəsinin İstintaq şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub.

Göstərilənlər barədə Nazim Bəydəmirliyə və digər maraqlı şəxslərə dəfələrlə məlumatlar verilib və qanunvericiliyin tələblərinə əsasən hüquqları izah edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.