CƏMİYYƏT


Baş Prokurorluq birinci yarımildə 540 məlumat hazırlayaraq veb-saytında və sosial media səhifələrində yerləşdirib

Bakı, 12 iyul, AZƏRTAC

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən 2021-ci ilin birinci yarımilində prokurorluğun fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən cinayət hadisələri, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 540 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrinə yerləşdirilib, eyni zamanda, kütləvi informasiya vasitələrinə yayılması təmin edilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə

Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununregemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.