CƏMİYYƏT


Baş Prokurorluq işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Bakı, 30 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Baş Prokurorluğu işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə qeyd edilib ki, otuz ilə yaxın müddətdə xalqımız doğma torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləyib. Buna görə də həmvətənlərimizin həmin torpaqlara tezliklə qovuşmaq istəyi başadüşüləndir. Ancaq düşmən tərəfindən torpaqlarımızda çoxlu sayda mina və digər partlayıcı maddələrin basdırıldığı unudulmamalıdır. İtkilərimizin olmaması və hamının təhlükəsizliyi üçün vətəndaşlardan daha anlayışlı olmaları və həmin ərazilərə səfər etməmələri xahiş edilib.

“İşğaldan azad olunmuş torpaqlarımızın minalardan və digər partlayıcı maddələrdən təmizlənməsini gözləyək. Məsuliyyətli olaq!”, - deyə müraciətdə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.