CƏMİYYƏT
Baş Prokurorluq: #maariflənək həştəqi altında ictimaiyyətə növbəti slaydlar təqdim olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşayönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, #maariflənək həştəqi altında mətbuat xidməti tərəfindən hazırlanmış videoda “Rüşvət alma” ilə bağlı məlumat verilir. Qeyd edilir ki, rüşvət alma (passiv rüşvətxorluq) cinayət əməlinin subyekti Azərbaycan Respublikasının qanunvericiliyinə görə vəzifəli şəxsdir.
Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların və slaydların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunmasını davam etdirir.