CƏMİYYƏT
Baş Prokurorluq: #maariflənək həştəqi altında ictimaiyyətə onlayn alış-veriş zamanı baş verən dələduzluq halları ilə bağlı məlumat verilib VİDEO
Bakı, 20 aprel, AZƏRTAC
Prokurorluq orqanları modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşayönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların və slaydların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunmasını davam etdirir.
Bu həştəq altında təqdim olunan slaydlarda və videoda onlayn alış-veriş zamanı baş verən dələduzluq halları ilə bağlı maarifləndirici məlumat verilir.