CƏMİYYƏT


Baş Prokurorluq və DİN Sabirabad rayonunda törədilən qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb

Bakı, 23 iyul, AZƏRTAC

Xəbər verildiyi kimi, iyulun 22-si saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkarlanması faktı ilə bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, aparılmış istintaq hərəkətləri və keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri, 1995-ci il təvəllüdlü Əliağa Sultanovun iyulun 21-də saat 21 radələrində Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində sonuncunun məskunlaşdığı otaqda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ona kəsici-deşici və küt alətlərlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürdüyü müəyyən olunub.

Əliağa Sultanov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.