Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baş Prokurorluq və Xarici İşlər Nazirliyi birgə brifinq keçirib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Baş Prokurorluqda Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdə Baş prokuror Kamran Əliyev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Baş Prokurorluğun və Hərbi Prokurorluğun əməkdaşları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Brifinqdə Baş prokuror Kamran Əliyev qeyd edib ki, 1988-ci ilin fevralından etibarən Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində xalqımıza və vətəndaşlarımıza qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib. Bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb. Eyni zamanda, cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilib. Həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilir.

1994-cü ildə Bişkekdə atəşkəs protokolu imzalandıqdan sonra ermənilərin cinayət hadisələrini tamamilə başqa üsul və vasitələrdən istifadə etməklə həyata keçirdiyini söyləyən Kamran Əliyev deyib: “Azərbaycanın işğal edilmiş ərazilərində iqtisadi və ekoloji xarakterli cinayətlər törədilib. Həmin bu cinayətlər silsiləsi 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı və bundan sonrakı dövrlərdə də davam etdirilib. Otuz illik dövrdə bütün bu müharibələr, cinayət hadisələri məhz Azərbaycan ərazisində baş verib. Ermənistan ərazisində heç bir hərbi əməliyyat həyata keçirilməyib. Burada zərərçəkən tərəf də Azərbaycan olub. İşğaldan azad olmuş ərazilərimizə səfər edən diplomatik korpusun nümayəndələri də ermənilərin Azərbaycan şəhərlərinin, kəndlərinin hansı dağıntılara məruz qoyduğunun şahidi olublar”.

Bildirib ki, dəfələrlə ermənistanlı həmkarı ilə görüşdə bu məsələni qaldırıb: “Təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin iki-üç qohumundan DNT nümunələri götürmüşük. Cəsədlər aşkarlandıqca, onların şəxsiyyətlərini müəyyənləşdirməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.

Kütləvi informasiya vasitələri və sosial media səhifələrində hərbçilərə dair yayılmış videogörüntülər barədə danışan Kamran Əliyev qeyd edib ki, bəzi ölkələrin və onların səfirliklərinin bununla bağlı birtərəfli mövqe tutması narahatverici haldır. “Prosesə müdaxilə ikili standartlardan xəbər verir. Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq məlumat verilməlidir. İstər Azərbaycan, istərsə də Ermənistan hərbçiləri tərəfindən işgəncə faktları ilə bağlı görüntülərin bəziləri saxta və ya doğrudur. Belə hallar araşdırılmalı və dəqiq məlumat təqdim olunmalıdır. Ermənistan yayılan görüntülərlə bağlı rəsmi bəyanat belə dərc etmədi. Azərbaycan isə dərhal məlum məsələni araşdırdı. Son videolar barədə də araşdırma aparılır. Bəzi videolar saxtadır. Artıq aidiyyəti qurumlarla birgə istintaq qrupu da yaradılıb və nəticələr olacaq”, - deyə Kamran Əliyev vurğulayıb.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, Azərbaycan həm Birinci Qarabağ müharibəsi, həm atəşkəs dövründə, həm də İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı bu ölkənin məsuliyyətə cəlb edilməsi ilə bağlı bir sıra beynəlxalq məhkəmə instansiyalara müraciət edib. İlk olaraq 2020-ci ildə belə müraciət Avropa İnsan Haqları Məhkəməsinə və Beynəlxalq Ədalət Məhkəməsinə edilib. Həmin ildə, eyni zamanda, Azərbaycan tərəfindən mina problemi ilə bağlı müraciət olunub. Ermənistan tərəfindən Azərbaycanın suveren və beynəlxalq hüquqda tanınan ərazilərinə mina basdırılması cinayəti davam edir. Bu işlər baxılma mərhələsindədir. Hazırda iddialarla bağlı Ermənistan və Azərbaycan tərəfinə məhkəmə tərəfindən prosedur suallar göndərilib. Suallara yaxın vaxtda cavab göndəriləcək. Ermənistanda Azərbaycana qarşı nifrət nitqi ilə çıxış edən qruplar var ki, onlar Ermənistan hökuməti tərəfindən nəinki məsuliyyətə cəlb edilmir, həm də onlara Ermənistan müdafiə nazirliyi və digər qurumlar tərəfindən mükafatlar verilir.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ortada olan videolar, bəzi digər faktlarla bağlı aparılan araşdırmalara dair yüzlərlə səhifədən ibarət sənədlər qovluğu təqdim edilib. Ermənistan tərəfi isə hər dəfə məsələ ilə məşğul olduğunu bildirib, bir neçə cümlədən ibarət arayış verib. Ermənistan 30 il ərzində törətdiyi bütün cinayətləri inkar edib, bu günədək hərbi cinayətlər törətmiş heç bir şəxsi məsuliyyətə cəlb etməyib. Əksinə, həmin şəxslər erməni cəmiyyətində qəhrəman kimi təqdim olunublar. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də bunlar qeydə alınıb. Beynəlxalq təşkilatlar bu məsələni Ermənistan qarşısında birmənalı qaldırmayıb Ermənistan heç bir məsələyə görə məsuliyyəti qəbul etməmək, bütün mümkün məsuliyyətdən boyun qaçırmaq niyyəti ilə törədilmiş cinayətləri inkar etmək, Azərbaycana qarşı qaralama kampaniyası aparmaq mövqeyindən çıxış edib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov məlumat verib ki, 1994-cü il 12 may tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabradək azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb. Qeyd edilən bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir. Atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib. Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Erməni silahlı qüvvələrinin azərbaycanlı hərbçilərə və mülki şəxslərə qarşı terroru bu gün də mina insidentləri ilə davam edir. 1991-2022-ci il arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib. Onlardan kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar 131 nəfər, uşaq və azyaşlı 357 nəfər, qadınlar 38 nəfərdir. 2020-ci ilin noyabrından 2022-ci ilin oktyabrın 6-dək mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərər çəkib. Bu dövrdə həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib. Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub.

2016-cı ilin aprelin 2-dən 28-dək olan müddətdə atəşkəs rejimi pozulmaqla Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar 6 nəfər mülki şəxs qəsdən öldürülüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki obyektlərə 3 milyon 680 min 336 manat məbləğində maddi ziyan vurulub. Azərbaycan Respublikası və Ermənistan qoşunlarının təmas xəttində düşmən hərbi birləşmələri tərəfindən 2016-cı ilin aprelin 2-dən 28-dək olan müddət ərzində atəşkəs rejiminin pozulmaqla Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar törədilmiş çoxsaylı cinayət faktlarına dair 35 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. 2016-cı ilin aprel ayında erməni təcavüzü nəticəsində 90 hərbi qulluqçu öldürülüb, 333 hərbi qulluqçunun öldürülməsinə cəhd edilib. 2020-ci ilin iyulun 14-16-da Tovuz və Qazax rayonlarının müxtəlif odlu silahdan və minaatanlardan atəşə tutulması ilə 1 nəfər ölüb, Qazax rayonunda 6 nəfər mülki şəxsə maddi ziyan dəyib, Tovuz rayonunun sakinlərindən 65 nəfərə evlərinin dağılması nəticəsində müxtəlif məbləğlərdə maddi ziyan dəyib. Qeyd olunan faktlar üzrə 4 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təcavüzü nəticəsində 12 hərbi qulluqçu qəsdən öldürülüb, 65 hərbi qulluqçu öldürülməyə cəhd edilib.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən 17 rayon və 3 şəhərin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, mülki əhalinin sıx yaşadığı məntəqələr, döyüşlərdə iştirak etməyən mülki şəxslər, habelə Azərbaycan Respublikasının ciddi infrastruktur obyektlərinin hədəfə alınması nəticəsində 93 nəfər mülki şəxsin qəsdən öldürülməsi, 454 nəfər mülki şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı qeydə alınıb. Erməni silahlıları tərəfindən raket hücumları nəticəsində 14 şəhər və rayon, o cümlədən Gəncə, Bərdə Tərtər və digər rayonlar üzrə ümumilikdə 14 min 724 əmlaka təxminən 47,5 milyon manat maddi ziyan dəyib. Təcavüzkar hücumlar yalnız mülki şəxslərin sıx yaşadığı məntəqələr deyil, eləcə də partladılması böyük dağıntılara səbəb ola bilən mühüm obyektlərə - Bakı-Novorossiysk neft-boru kəməri, Mingəçevir Su və İstilik Elektrik stansiyaları, Bakı-Tbilisi-Ceyhan, Qərb-İxrac, Cənubi Qafqaz Genişlənmiş boru kəmərləri, Qəbələ Beynəlxalq Hava Limanı da yönəlib.

2022-ci il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Erməni təxribatının qarşısını alarkən 80 hərbi qulluqçu şəhid olub, 274 nəfər hərbi qulluqçu yaralanıb. Hərbi əməliyyatlar zamanı əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib.

Ermənistan silahlı qüvvələri tərəfindən Cenevrə konvensiyalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-nin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur. Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub. Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Fərrux, Daşaltı və Edillidə aşkarlanmış əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutu olduğunu vurğulayan İlqar Səfərov deyib: “Ötən il fevralın 17-də Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, cari il martın 28-29-da Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, fevralın 23-26-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, sentyabrın 15-29-da Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb. 2014-cü ildən etibarən Birinci Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanılıb. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir”.

Məlumat verilib ki, döyüş əməliyyatları ilə bağlı olmayan faktlar üzrə 1988-1992-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 212 cinayət işi başlanılıb. Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra mina və digər qurğuların partlaması nəticəsində 34 nəfər qəsdən öldürülüb. 73 nəfər mina və digər qurğuların partlaması, 1 nəfər isə odlu silahdan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd edilən cinayət işləri üzrə 35 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində axtarış elan edilib. Həmin 35 təqsirləndirilən şəxsdən 12-si Rusiya, 17-si Ermənistan, 5-i Fransa, 1-i isə Gürcüstan vətəndaşlarıdır. Həmin cinayət işlərindən 7 cinayət işi üzrə 151 (onlardan 133 şəxs VoMA siyahısı üzrə) şəxs barəsində 23 ölkəyə 36 beynəlxalq hüquqi yardım göstərilməsi haqqında vəsatət göndərilib. 44 gün davam edən Vətən müharibəsi dövründə 6 hərbçi itkin düşüb, 2020-ci il sentyabrın 27-dən 2022-ci ilin sentyabrına qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib.

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilib, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranıb.

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən qeyd olunan hadisələr üzrə cinayət işlərinin başlanaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi barədə bir neçə dəfə rəsmi məlumat verilməsinə baxmayaraq, qarşı tərəfdən Azərbaycan hərbi qulluqçularına qarşı törədilmiş cinayət hadisələri, bununla bağlı sosial şəbəkələrdə yayılmış video və fotomateriallarla bağlı hər hansı bir açıqlama verilməməsi onu təsdiq edir ki, bu cinayətlər Ermənistan hüquq-mühafizə orqanları tərəfindən araşdırılmır. Ermənistan rəhbərliyinin bundan sonra da siyasi iradə nümayiş etdirməyərək cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində hər hansı bir addım atmaq niyyəti yoxdur.

Azərbaycan Respublikası Baş prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqçularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videogörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi faktları ilə bağlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən tədbir görülməsi, üzərinə düşən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, cinayət faktları üzrə açıq və ədalətli araşdırma aparılması üçün beynəlxalq təşkilatlara müraciət edilib.

Qeyd edilib ki, Ermənistanın rəhbər və digər vəzifəli şəxsləri, silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair Baş Prokurorluğun İstintaq idarəsində 86 cinayət işinin ibtidai istintaq aparılır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana məxsus ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı hazırkı mərhələdə 2 cinayət işinin ibtidai istintaqı aparılıb, qeyri-qanuni hasilat işləri ilə məşğul olan ümumilikdə 6 şirkətin 306 milyon 821 min 19 manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirilməsi müəyyənləşdirilib. Qanunsuz iqtisadi fəaliyyət, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altında olmuş Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gəzdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib, hazırkı vaxtadək onlardan yalnız 5-i icra edilib, 30-u isə icra edilməyib.

Sonda yerli və xarici media nümayəndələrinin sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

İtaliyada zəlzələ baş verib

Seneqal milli valyutasını yaratmaq istəyir

AŞPA Kosovonun Aİ-yə üzv qəbul olunmasını tövsiyə edib

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Seneqalda prezident seçkilərinin rəsmi nəticələri elan olunub

Bosniya və Herseqovinada mədənçilər etiraz aksiyası keçirib

Azərbaycan Kuboku: “NTD-İndiqo” “Sabah”a qalib gələrək yarımfinala yüksəlib

Peskov: “Krokus”dakı terror aktı ilə bağlı rəsmi versiya irəli sürülməyib

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Fransız müxalifətçinin məhkəməsinin vaxtı məlum olub

RF XİN: Fransanın Cənubi Qafqazda təhlükəsizliyi təmin edəcəyini güman etmək sadəlövhlükdür