DÜNYA
Baş Qərargahın binasında təslim olan qiyamçıların sayı 700-ə çatıb [YENİLƏNİB] VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasında təslim olan qiyamçıların sayı 700-ə çatıb.
X X X
10:50
Anadolu Agentliyinin “Tvitter” hesabında yer alan xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binasını boşaldan 200-dək qiyamçı polisə təslim olub.
X X X
10:25
Ankaranın Akıncı bölgəsindəki 4-cü qırıcı təyyarə bazasını ələ keçirən qiyamçılar dövlət çevrilişi cəhdinin uğursuzluqla nəticələnməsi ilə əlaqədar bazanı tərk etməyə başlayıblar.
Anadolu Agentliyinin məlumatına əsasən, aidiyyəti qurumlar qiyamçıların xalq kütlələrinin arasına qarışaraq gözdən itməyə çalışmaq istədikləri barədə vətəndaşları xəbərdar ediblər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar qiyamçılar tərəfindən məhz bu bazada girov saxlanılırdı.
Xüsusi təyinatlı polis qüvvələri Jandarm Qüvvələri Komandanlığını da qiyamçılardan təmizləyiblər.