REGİONLAR


Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən 313 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib VİDEO

Bakı, 2 noyabr, AZƏRTAC

Baş Şirvan Kollektorunun İstismarı İdarəsi ölkənin 7 rayonunda ümumilikdə 253000 hektar torpaq sahəsinə 2399 kilometr kollektor-drenaj şəbəkəsi vasitəsilə xidmət edir. Bu şəbəkədən 843 kilometri təsərrüfatlararası, 1556 kilometri təsərrüfat daxili kollektor, o cümlədən 775 kilometri açıq, 781 kilometri isə qapalı şəbəkədir. İdarənin balansında 2898 ədəd qurğular mövcuddur ki, həmin qurğulardan 932 ədədi körpü keçid, 3 ədədi hidrometrik postlardır. İdarə tərəfindən balansda olan kollektorların təmiri də diqqətdə saxlanılır. Hazırda Sabirabad rayonu Quruzma kəndi ərazisindən keçən K-2 kollektorunda bu işlərə başlanılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin balansında olan maşın mexanizmlər tərəfindən mütəmadi olaraq kollektor drenaj şəbəkəsində lildən təmizlənmə işləri aparılır. Kollektorlar lildən təmizlənərək qrunt sularını maneəsiz olaraq ərazidən kənarlaşdırır. 2022-ci ilin əvvəlindən bu günə qədər 313 kilometr uzunluqda lildən təmizlənmə işləri həyata keçirilib. İdarənin balansında 11 ədəd nasos stansiyalar mövcuddur. Hazırda ərazilərin şoranlaşmasının qarşısının alınması və yenidən əkinə qaytarılması üçün bütün nasos stansiyalar tam gücü ilə fəaliyyət göstərir. İdarənin xidməti etdiyi rayonlarda ilin əvvəlindən tərtib edilmiş tədbirlər planına uyğun olaraq cari təmir işləri davam edir.

Qeyd edək ki, Baş Şirvan Kollektorunun İstismarı İdarəsi respublikanın yeddi rayonunda Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Sabirabad, Hacıqabul və Salyan rayonlarında kollektor-drenaj şəbəkəsinə xidmət edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.