CƏMİYYƏT


Baş həkim: Yanvarın axırlarında tibb işçilərinin peyvəndlənməsi başa çatacaq

Bakı, 22 yanvar, AZƏRTAC 

Həftənin əvvəlindən başlanılan vaksinasiya tədbiri getdikcə daha böyük sürətlə davam edir. Təkcə ötən gün poliklinikamızda 52 nəfər vaksinasiya olunub. Bu gün də artıq xeyli tibb işçisinə peyvənd vurulub, gözləmə otağında olanlar da var.

Bu barədə AZƏRTAC-a Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının baş həkimi Sevda Aslanova məlumat verib. Onun dediyinə görə, vaksin vurulan şəxslərin vəziyyəti tam normaldır.

Baş həkim prosesin gedişinin nəzarət altında olduğunu bildirərək əlavə edib: “İndiyədək 80 nəfərdən artıq tibb işçisinə peyvənd vurulub. Bu, işçilərin yarıdan çoxu deməkdir. Yanvarın axırlarında tibb işçilərinin peyvəndlənməsini başa çatdırıb həssas qrupdan olanların prosesə cəlb olunmasını nəzərdə tutmuşuq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.