CƏMİYYƏT


Baş həkimdən hədə-qorxu ilə pul tələb edən redaktor tutulub

Bakı, 12 iyul, AZƏRTAC

www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli şəhər poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə Sabunçu Rayon Prokurorluğuna müraciət daxil olub.

Sabunçu Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla həmin xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahovun vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və “www.sheffaf.az” xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək aldığı müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.