CƏMİYYƏT


Baş infeksionist: Vaksinasiya kütləvi şəkildə aparıldıqda infeksiyaya qarşı dözümlülük yaranacaq

Bakı, 9 mart, AZƏRTAC

Qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına ardıcıl bir neçə dəfə yoluxmaq immunitetin zəifliyindən xəbər verir. Xüsusilə pandemiya dövründə immun sistemi güclü olmayanlar daha çox xəstələnirlər. Orqanizm stres, qeyri-müəyyən həyat tərzi, digər xəstəliklərdən zəiflədikdə virusa yoluxma halı daha çox müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib: “Hər bir orqanizmin immun sistemi fərqli olur. İmmun sisteminin zəifləməsinə səbəb olan amillər sırasına qeyri-sağlam həyat tərzi, düzgün qidalanmamaq, stresə meyillilik, hipodinamiya, yəni fiziki fəallığın az olması, yaş artdıqca orqanizmə müxtəlif xroniki xəstəliklərin toplanması və onların verdiyi ağırlaşmalar daxildir”.

Bədəndə mikrobların aradan qaldırılmasına nə qədər çox ehtiyac duyularsa, bir o qədər çox qoruyucu reaksiyalar baş verir. İmmun sistemi zəif olduqda isə orqanizm xəstəliklərə qarşı mübarizə apara bilmir. Həkimlər deyirlər ki, xüsusilə soyuq mövsümdə vitamin və minerallarla zəngin qidalar qəbul edilməli, bədənin kənar təsirlərə qarşı müdafiəsi gücləndirilməlidir.

Baş infeksionisti bildirib: “Qidalanma zamanı orqanizmə lazım olan vitamin və minerallar üstünlük təşkil etməlidir. Yuxu rejiminə düzgün əməl olunmalıdr, çünki yuxuda immun hüceyrələrinin sayı artır. İnfeksiyaya qarşı müqavimətin gücləndirilməsinin digər bir yolu isə süni immunitetin yaradılmasıdır. Yəni vaksinasiya kütləvi şəkildə aparıldıqda infeksiyaya qarşı da dözümlülük yaranacaq”.

Yüksək immunitet sağlamlığın fundamentidir. Onun olmaması virusun yaranma hallarını qaçılmaz edir. Yaşlanma ilə əlaqədar bədəndəki biokimyəvi funksiya pozuntuları hüceyrələrdən orqanlaradək bir çox proseslərdə dəyişikliklərə səbəb olur və immun sisteminə də təsir göstərir. Ona görə də mütəxəssislər soyuq aylarda, xüsusilə, yaşlı insanların infeksiyalardan qorunmasına diqqət yetirməyi tövsiyə edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.