CƏMİYYƏT


Baş infeksionist: peyvəndin 3-cü qüvvətləndirici dozası ikinci dozadan 6 ay sonra məsləhətdir

Bakı, 15 iyul, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulan ikinci dozadan 6 ay keçdikdən sonra vaksinin 3-cü dozası da məsləhətdir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin instaqram hesabında “İmmunitet və Peyvənd sertifikatı” mövzusundakı çıxışı zamanı deyib.

Baş infeksionist bildirib ki, ikinci doza vaksin vurdurandan bir müddət sonra insanda yaranmış immun cavabı zəifləyə bilər: “Zəifləmə prosesi 6 ay və ya daha çox davam edə bilər. Bu, həmin şəxsdə peyvənddən sonra yaranan immunitetdən asılıdır. Misal üçün, xroniki xəstələrdə koronavirus infeksiyasına qarşı orqanizmdə yaranmış immunitet qısa müddətli olur. Belə xəstələrə 3-cü doza qüvvətləndirici (buster) vaksin vurulur. Bundan başqa, koronavirusun yeni ştamına yoluxmuş şəxslərlə gündəlik təmasda olan tibb işçilərinə və yaşı 60-dan yuxarı olan insanlara da müdafiə məqsədilə peyvəndin qüvvətləndirici 3-cü dozasının vurulması məsləhətdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.