İQTİSADİYYAT


Baş katib: Ələt Azad İqtisadi Zonası eyni təyinatlı mərkəzlər üçün tələb olunan bütün beynəlxalq şərtlərə cavab verir

Ankara, 12 iyul, AZƏRTAC

Azərbaycanın strateji inkişafı bütün türk dünyasına faydalı və əhəmiyyətlidir. Mövcud inkişaf strategiyası istər geosiyasi, istərsə də geoiqtisadi baxımdan regional inkişafın təməlidir. Bu təbii reallığı Azərbaycanın coğrafi mövqeyi və məqsədyönlü siyasət yaradır. Bu mənada Ələt Azad İqtisadi Zonası (Ələt AİZ) Avrasiyada inkişaf tərəfdarı olan bütün ölkələr üçün cəlbedicidir. Ələt AİZ Azərbaycanla yanaşı, dünya iqtisadiyyatına böyük fayda gətirəcək. Bu layihə tranzit nəqletməyə, xammal tədarükünə və hazır məhsul ixracında riskləri və tərəddüdləri arxa plana keçirəcək. Çünki müasir dünyanın inkişafında dəhlizlər xüsusi statusa və gücə malik layihələrdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin Baş katibi Cafər Sait Okray ifadə edib.

Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasının qısa zaman kəsiyində Avrasiyada ən perspektivli beynəlxalq mərkəzlərdən birinə çevriləcəyinə inandığını ifadə edən “Mərmərə Qrupu”nun Baş katibi bu layihənin “Şərq-Qərb” və “Şimal-Cənub” tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan Azərbaycanın strateji əhəmiyyətini daha da artıracağını ifadə edərək deyib: “Ələt Azad İqtisadi Zonası bu təyinatlı mərkəzlər üçün tələb olunana bütün beynəlxalq şərtlərə cavab verir. Xarici sərmayənin cəlb olunması məhz bu amillərə bağlıdır. Əminəm ki, Ələt AİZ-də işlər çevik şəkildə canlanacaq və bu mərkəz yeni-yeni regional iqtisadi layihələrin əsasını yaradacaq”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.