REGİONLAR


Baş konsul: Azərbaycan və Gürcüstan arasında əlaqələr daim inkişaf edir

Gəncə, 9 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə şəhərində Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyinə və gürcü yazıçısı Nikoloz Barataşvilinin 205 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili qonaqları salamlayaraq iki ölkə arasında əməkdaşlıqdan söz açıb. O qeyd edib ki, 30 il ərzində Azərbaycan və Gürcüstan arasında əlaqələr durmadan inkişaf edir. Bir çox istiqamətlər üzrə mövcud olan yüksək səviyyəli əməkdaşlıq, eyni zamanda, müxtəlif sahələri əhatə edən yüzdən çox sənədin imzalanması əməkdaşlığın genişlənməsinə təkan verib.

Tədbirdə Nikolos Barataşvilinin Azərbaycan dilinə tərcümə edilən “Mirani” kitabının təqdimatı olub. Tərcüməni Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, dramaturq İmir Məmmədli edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.