SİYASƏT
Baş konsul: Vətən müharibəsi ilə bağlı müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur
İstanbul, 27 sentyabr, AZƏRTAC
Şəhidlərimiz hər zaman bizim qəlbimizdə, yaddaşımızda, xatirəmizdədirlər. Azərbaycanın 44 günlük Vətən müharibəsi və şəhidlərimizin anılması ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirəcəyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayeva bildirib.
Bu tədbirlərdə Qarabağ Zəfərinə gedən yol və Qələbəmizin qeyd ediləcəyini bildirən baş konsul deyib: "Bu çərçivədə sentyabrın 28-də Baş konsulluq tərəfindən şəhidlərin xatirəsi və Azərbaycanın Zəfər yolunu özündə əks etdirən fotosərgi təşkil olunacaq. Tədbirdə həm Türkiyə tərəfindən, həm də Azərbaycan diasporundan qonaqlarımız olacaq. Türkiyənin fərqli universitetlərində sərgi, konfrans tipli tədbirlərimiz də olacaq. Bu tədbirlər silsiləsi Zəfər gününün qeyd edilməsi ilə yekunlaşacaq".
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul