SİYASƏT


Baş nazir: 2022-ci ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir

Bakı, 3 dekabr, AZƏRTAC

2022-ci ilin dövlət büdcəsi miqyasına, istər gəlir və xərclər həcminə, istərsə də sosialyönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir. Hamımız böyük fəxr hissi keçiririk ki, bir il bundan əvvəl işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov parlamentin dekabrın 3-də keçirilən iclasında deyib.

Baş nazir qeyd edib ki, hökumət növbəti ildə də iqtisadi dayanıqlılığın təmin olunması, makroiqtisadi sabitliyin qorunması və milli valyuta məzənnəsinin dayanıqlılığının artırılması, sosial müdafiə və pandemiya ilə mübarizə tədbirlərinin ardıcıl davam etdirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpasını, yenidən qurulmasını və ölkə iqtisadiyyatına inteqrasiyasını, ölkəmizin hərbi qüdrətinin daha da artırılmasını, təhsil, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsini, ərzaq təhlükəsizliyinin təmin edilməsini, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasının prioritet vəzifələr kimi müəyyənləşdirib. Ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyin daha da gücləndirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşımızda qoyulan əsas vəzifələrdən biridir. Ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, Ordumuzun müasir hərbi texnika və silah-sursatla təchizatı, təhlükəsizliyin təmin olunması məqsədilə zəruri hərbi infrastrukturun yaradılması, hərbiçilərin sosial məişət və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər üçün maliyyə təminatının yaradılması hökumət üçün əsas prioritet xərclər sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.