CƏMİYYƏT


Baş nazir: 2040-cı ildə Azərbaycanda əhalinin sayının 12,5 milyon olacağı proqnozlaşdırılır

Baş nazir: 2040-cı ildə Azərbaycanda əhalinin sayının 12,5 milyon olacağı proqnozlaşdırılır

Bakı, 17 mart, AZƏRTAC

Təəssüflər olsun ki, regionda suyu ən az olan ölkə Azərbaycandır. Ölkədə əhalinin sayının 2040-cı ildə 12 milyon yarım olacağı proqnozlaşdırılır. Bu da 21 milyard kubmetr suya ehtiyac deməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazir parlamentin martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı ilə bağlı keçirilən plenar iclasda deyib.

Baş nazir qeyd edib ki, əhalinin sayının artması təbii olaraq suya ehtiyacı da artıracaq.

Əli Əsədov su itkisinin qarşısını ciddi surətdə almaq lazım olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.