SİYASƏT


Baş nazir Əli Əsədov Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Beynəlxalq Qida Sənayesi sərgiləri ilə tanış olub

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri ilə tanış olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərlə bağlı məlumat verdi. Bildirildi ki, belə bir beynəlxalq tədbirin keçirilməsinin başlıca məqsədi Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida sənayesi məhsullarının təşviqi, həmçinin bu sahələrin daha da inkişafı üçün xarici şirkət və sərmayədarların diqqətinin cəlb edilməsidir. Məlumat verildi ki, sərgilərdə dünyanın 24 ölkəsini təmsil edən 449 şirkət iştirak edir.

Burada, eyni zamanda, artıq icrasına başlanılan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunur.

Baş nazir Ə.Əsədov Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin, həmçinin müxtəlif ölkələrin pavilyonları ilə tanış oldu.

Tanışlıq zamanı Baş nazir Ə.Əsədov Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kırışçı, həmçinin İsrail Dövlətinin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə söhbət etdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.