İQTİSADİYYAT


Baş nazir Əli Əsədov: Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edir

Bakı, 3 dekabr, AZƏRTAC

İnfrastrukturun genişləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, enerji, su və digər xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük həcmli kompleks layihələr həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov parlamentin dekabrın 3-də keçirilən iclasında söyləyib.

Baş nazir qeyd edib ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər hansı region yoxdur. Halbuki, bir müddət əvvəl qaz təchizatı olmayan rayon və şəhərlərin sayı kifayət qədər çox idi. Rayonlar üzrə hər hansı ayrı-seçkiliyə yol verilmədən ölkə ərazisində qazlaşdırılmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir. Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edir.

Əli Əsədov, həmçinin qeyd edib: “Ümumiyyətlə, ölkə üzrə 2 milyon 400 mindən çox abonent mövcuddur ki, onların 95,5 faizi əhalidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.