SİYASƏT


Baş nazir Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil ilə görüşüb

Baş nazir Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil ilə görüşüb

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişaf etməsi qeyd olunub.

Azərbaycanda əlverişli investisiya mühitinin mövcudluğu müsbət qiymətləndirilib, Rusiya biznesinin ölkəmizdə geniş təmsil olunmasından məmnunluq bildirilib.

Tərəflər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin və qarşılıqlı işgüzar missiyaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin ticari-iqtisadi, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.