SİYASƏT


Baş nazir Əli Əsədov ilə Qazaxıstanın Baş naziri Alixan Smailov arasında telefon danışığı olub

Baş nazir Əli Əsədov ilə Qazaxıstanın Baş naziri Alixan Smailov arasında telefon danışığı olub

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Əli Əsədov Alixan Smailovu yenidən Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı əsnasında iki ölkə arasında dostluq münasibətlərinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.